🧱 Azetopia Minecraft Server Qaydaları

 

1.1) Qeyri-qanuni proqramlardan istifadə qadağandır

Hər cür hack (X-ray, KillAura, Fly və s.) və makro proqramlar (auto-clicker və s.) aşkarlandıqda dərhal ban verilir.

 

1.2) Təhqir və alçaldıcı ifadələrə yol verilməz

Heç bir oyunçuya, moderator və ya adminə qarşı hörmətsizlik, təhqir, irqçilik, cinsiyyətçilik və ya digər diskriminasiya formaları qəbul edilmir.

 

1.3) Griefing və başqasının claim sahəsinə zərər vermək qadağandır

Oyunçuların claim-lədiyi ərazilərə müdaxilə etmək, icazəsiz qırmaq və ya resurs oğurlamaq ciddi şəkildə qadağandır.

 

1.4) Bug və ya exploit istifadə etmək qadağandır

Tapılan hər hansı oyun içi səhv və ya exploit dərhal admin heyətinə bildirilməlidir. İstifadə edən oyunçular banlanır.

 

1.5) AFK farm sistemləri məhduddur

Server performansını pozan avtomatik farm sistemləri (su axınlı, pistonlu və s.) müəyyən limitlərlə icazəlidir. Uyğun olmayanlar sökülür.

 

1.6) Ticaret və alqı-satqı şəffaf olmalıdır

Oyun içində və ya saytda edilən bütün alqı-satqılar şəffaf və aldatmadan uzaq aparılmalıdır. Fırıldaqçılıq edən oyunçular cəzalandırılır.

 

1.7) Server iqtisadiyyatını pozmaq qadağandır

Pul və itemlərin süni yollarla çoxaldılması, birdən-birə qiymət manipulyasiyası etmək, server iqtisadiyyatına zərər vurmaq cəzalandırılır.

 

1.8) TPA Trap, Trap etmək qadağandır

Oyunçulara qarşı tpa trap, trap və ya başqa cür adil olmayan şəkildə hiyləgərlik edərək öldürmək qadağandır.

 

1.9) Moderatör və Admin qərarlarına hörmət edilməlidir

Qərarlarla razılaşmasanız belə, hörmətli şəkildə narazılığınızı bildirə bilərsiniz. Ancaq moderatora qarşı təhqir və ya qarşıdurma qadağandır.

 

2.0) Nickname və skinlər uyğun olmalıdır

Pornoqrafik, təhqiramiz və ya siyasətə yönəlik adlar və skinlər qadağandır. Uyğun olmayan hesablar serverdən uzaqlaşdırılır.

 

2.1) Event qaydalarına riayət olunmalıdır

Hər event üçün ayrıca qaydalar olur və onlar elan edilir. Hər hansı bir eventdə qaydaları pozan şəxs diskvalifikasiya olunur.

 

2.2) Yazılı olmayan qaydalar

Sunucuda hər qayda yazılı ola bilməz. İnsanların oyun təcrübəsini pozmamağa, toxiclik etməməyə və normal şəkildə oynamağa çalışın.


🌐 Azetopia Rəsmi Sayt Qaydaları

 

1.1) Təhlükəsiz parol və hesab paylaşmamaq vacibdir

Hesab məlumatlarınızı heç kimlə paylaşmayın. Qaydalara zidd olaraq hesab paylaşımı edilərsə, hər iki hesab cəzalandırıla bilər.

 

1.2) Forumda və şərhlərdə etik davranış tələb olunur

Təhqir, spam, reklam və yersiz başlıqlar atmaq qadağandır. Söhbətlərin müzakirə məqsədi daşıması vacibdir.

 

1.3) Başqa serverlərin reklamı qətiyyən qadağandır

Hər cür domain, IP və ya server adı paylaşımı ban səbəbidir.

 

1.4) Məzmun paylaşarkən müəllif hüquqları qorunmalıdır

Forumda və ya media bölməsində paylaşdığınız şəkillər, videolar və digər məzmunlar sizə məxsus olmalı və ya icazə ilə paylaşılmalıdır.

 

1.5) İstifadəçi profilləri uyğun və ciddi saxlanılmalıdır

Profil şəklində, statusda və ya imzada qeyri-etik və ya reklam məqsədli mətnlərə yol verilməz.

 

1.6) Şikayət və müraciətlər aid bölməyə yazılmalıdır

Admin və ya moderatora aid məsələlər yalnız xüsusi bölmələrdə yazılmalıdır. Yanlış sahəyə yazılan şikayətlər silinə bilər.

 

1.7) Satış elanları yalnız rəsmi bölmədə və qaydalara uyğun olmalıdır

Oyun içi item/əşya, rol və ya digər şeylərin satışı sadəcə rəsmi sayt üzərindən azərbaycan valyutası (AZN) ilə olmaqdadır. Manual şəkildə kart-dan kart-a olur, və bu haqq yanlız serverə aitdir. Digər üzvlərin manat valyutası ilə əşya satması/alması qadağandır.

 

1.8) Çoxlu hesab (multi-account) yaratmaq qadağandır

Bir istifadəçinin birdən çox hesabla saytda qeydiyyatdan keçməsi və ya fəaliyyət göstərməsi qadağandır.

 

1.9) Təhlükəli link paylaşmaq qadağandır

Viruslu və ya zərərli linklər paylaşan istifadəçilər dərhal banlanır.

 

2.0) Rəsmi qaydalara və yenilənmələrə əməl edilməlidir

Saytda zamanla qaydalarda dəyişiklik ola bilər. Bütün istifadəçilər bu dəyişiklikləri izləməyə məsuldurlar.


💬 Azetopia Discord Qaydaları

 

1.1) Serverdə ümumi hörmət və etik davranış əsas şərtdir

Təhqir, irqçilik, nifrət yönlü ifadələr, spam və s. kimi davranışlara sıfır tolerantlıq göstərilir.

 

1.2) Səs kanallarında mic spam və musiqi botu sui-istifadəsi qadağandır

Mikrofon səsi təmiz olmalı, digər istifadəçiləri narahat edəcək səslərdən istifadə olunmamalıdır.

 

1.3) NSFW məzmun paylaşmaq qəti qadağandır

Azetopia Discord'u bütün yaş qrupları üçün açıqdır. Pornoqrafik, qanlı və ya travmatik görüntü və linklər dərhal banla nəticələnər.

 

1.4) Bot istifadə qaydalarına riayət olunmalıdır

Musiqi və digər botları spam məqsədilə istifadə etmək və ya başqalarının təcrübəsini pozmaq olmaz.

 

1.5) Kanal məqsədlərinə uyğun istifadə edilməlidir

Hər kanalın öz məqsədi var (məsələn, #oyun-yardım yalnız yardım üçündür). Qeyri-əlaqəli mövzulardan qaçının.

 

1.6) Reklam və server tanıtımı etmək qadağandır

Digər Discord serverlərinə dəvət linkləri, reklam və tanıtım mesajları yayımlamaq banla nəticələnə bilər.

 

1.7) Admin və mod heyətinin qərarları müzakirə mövzusu deyil

Qərarlarla razı deyilsinizsə, bunu sakit və qaydalara uyğun şəkildə bildirməlisiniz. Mübahisə yaratmaq qadağandır.

 

1.8) Nitro və ya item qarşılığı fırıldaqçılıq etmək qadağandır

Fırıldaq, saxta satış və ya hədiyyə sövdələşməsi edənlər serverdən dərhal uzaqlaşdırılır.

 

1.9) Fake məlumat və ya istifadəçi kimliyi saxtalaşdırmaq qadağandır

Özünüzü başqa bir istifadəçi, admin və ya bot kimi göstərmək ciddi qayda pozuntusudur.

 

2.0) Dəyanmadan qayda pozuntuları cəzalandırılır

Kiçik pozuntular belə dəfələrlə təkrarlandıqda böyük cəza ilə nəticələnə bilər.